Siyasət

Terri Sandell: “Qarabağda minalanmış ərazilərin miqyası heyrət doğurur”

Sharing is caring!

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk dəfə qədəm qoyarkən minalanmış ərazilərin miqyası məni heyrətə gətirdi”.

“Report” xəbər verir ki, bunu mədəniyyət və yaradıcılıq sənayesi sahəsində beynəlxalq ekspert olan Terri Sandell deyib.

“Mina təhlükəsi və bununla bağlı onların zərərsizləşdirilməsi ilə bağlı problemləri, əlbəttə ki, burada olan insanlar başa düşürlər”, – o bildirib.

T.Sandell hesab edir ki, Şuşanın intibahı və bu dirçəlişin davamlı olması ilə bağlı iki əsas problem var:

“Birinci problem minalardır. Fiziki cəhətdən orada təhlükəsiz olmaq üçün ərazini minalardan təmizləməliyik. Amma biz həm də ölkələr arasında qarşılıqlı anlaşma və barışıq olması, uzun müddət təhlükəsizlikdə olmaq və bir daha müharibənin baş verməməsi üçün zehnimizi, düşüncələrimizi təmizləməliyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir