İdman

Poqbanın ad günü ismarışı hər kəsi kövrəltdi

Sharing is caring!

Bir müddət əvvəl dopinqdən istifadə etdiyinə görə dörd il həbs cəzasına məhkum olan fransalı futbolçu Pol Poqba 31 yaşı olması münasibəti ilə paylaşım edib. Onun ismarışı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Poqba son bir ildə yaşadıqları qədər heç vaxt həyatdan dərs almadığını və yetkinləşmədiyini bildirib.

“Allahın qoyduğu sınaqlar qaçılmazdır və nə olursa olsun, vəziyyətin yalnız pis tərəfini görmək asan olar. Allaha şükürlər olsun. Yaxşısı üçün də, pisi üçün də Allaha şükürlər olsun”, – deyə o bildirib.

Paylaşım sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Pərəstişkarları ona təsəlli rəyləri yazıblar.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir