İdman

“FIFA series-Edition 2024”də mübarizə aparacaq Azərbaycan millisinin heyəti

Sharing is caring!

“FIFA series-Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan milli komandası martın 18-dən 25-dək təlim-məşq toplanışı keçirəcək.

AFFA-dan verilən məlumata görə, toplanışa dəvət üçün 28 futbolçuya dəvət göndərilib.

Onlardan 24-ü əsas, 4-ü isə ehtiyat oyunçular siyahısında yer alıblar.

Qeyd edək ki, millimiz “FIFA series-Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir