İdman

Qurban Qurbanov: “İngilis hakimə yaraşmayan “qırmızı” idi” – VİDEO

Sharing is caring!

“İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalında “Bayer”ə (2:3) məğlubiyyətdən sonra hava limanında jurnalistlərin sualına cavab olaraq deyib.

“Epizodlara baxdım. İngilis hakimə yaraşmayan “qırmızı” oldu. Bəlkə də bunu İngiltərə Premyer Liqasında cərimə zərbəsi kimi qiymətləndirməzdilər. Amma söz sahibi o idi. Qərar belə verildi. Oyundan sonra heç kimə etiraz bildirmək düzgün olmazdı. Hər kəs fərqli emosiyada idi. Futbolçularım diqqətli olmalıdırlar”.

Qeyd edək ki, “Bayer 04” – “Qarabağ” qarşılaşmasının 62-ci dəqiqəsində ağdamlıların heyətində Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə qalıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir