Dünya

Qazaxıstan dövlət gerbini dəyişməyə hazırlaşır

Sharing is caring!

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin yeni dövlət gerbinin hazırlanması üçün müsabiqə elan etməyi təklif edib.

O bu barədə Qazaxıstanda keçirilən milli qurultayda çıxışı zamanı deyib.

“Dövlət gerbi ilə bağlı mütəxəssislərin, bununla maraqlanan vətəndaşların, o cümlədən gənclərin əsaslı arqumentlərinin nəzərə alınmasını məqsədəuyğun hesab edirəm”, – deyə K.J.Tokayev bildirib.

Qazaxıstan Prezidenti vurğulayıb ki, hazırda mövcud olan Qazaxıstanın gerbinin qavranılması çox çətindir, onda eklektizmin və sovet dövrünün əlamətləri var.

Mənbə: Akorda.kz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir