İdman

Fransa Kuboku: Yarımfinalın son iştirakçısı PSJ oldu

Sharing is caring!

Fransa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Son oyunda PSJ “Nitsa” ilə üz-üzə gəlib.

Park de Prensdəki matç meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb. Paytaxt komandasının üç qolundan qonaqlar yalnız birinin əvəzini çıxmağı bacarıblar – 3:1.

Bu qələbə sayəsində PSJ adını yarımfinala yazdırıb.

Qeyd edək ki, bunadək “Lion”, “Renn” və “Valensyen” klubları finala çıxmaq uğrunda mübarizə aparmaq hüququ qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir