Cəmiyyət

Qəbələdə iki avtomobil toqquşdu: Xəsarət alan şəxslərin kimlikləri AÇIQLANDI – YENİLƏNİB

Sharing is caring!


Qəbələdə qəza zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 16 radələrində Qəbələ şəhəri ərazisində VAZ-21011 və VAZ-2106 markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 5 nəfər rayon sakini – 1992-ci il təvəllüdlü Fariz Qasımzadə, 1984-cü il təvəllüdlü Niyaməddin Şərifov, 2005-ci il təvəllüdlü Kənan Mahmudov, 2004-cü il təvəllüdlü Fuad Mahmudov və bir yetkinlik yaşına çatmayan şəxs xəsarət alıblar.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

20:46

Qəbələ rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, VAZ 2106 və VAZ 21011 markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir