İdman

Çempionlar Liqası: 1/4 finalın son iştirakçısı məlum oldu – VİDEO

Sharing is caring!

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, İtaliya A Seriyasının lideri “İnter” İspaniyada “Atletiko”nun qonağı olub. İlk görüşdə 1:0 hesablı qələbə qazanan milanlılar bu üstünlüyü səfərdə də qorumağa çalışıblar.

Oyunda hesabı Dimarkonun qolu ilə qonaqlar açıb. Lakin Qrizman və Depayın cavab qolları əsas vaxtda ispanların qələbəsini təmin edib – 2:1. Bu nəticədən sonra ümumi hesabda tarazılıq olduğundan (2:2) əlavə vaxta ehtiyac yaranıb.

Əlavə vaxtda da fərqlənə bilməyən komandalar qalibi penaltilərlə müəyyən ediblər. Futbol “lotareya”sında isə Madrid klubunun bəxti gətirib – 3:2 və beləliklə də “Atletiko” daha əvvəl 1/4 finala vəsiqə qazanan “Real”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Bavariya”, “Borussiya” (hər ikisi Almaniya) və PSJ (Fransa) kimi komandalara qoşulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir