İdman

Azərbaycan güləşçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Sharing is caring!


Türkiyənin Antalya şəhərində keçirilən Yaşar Doğu & Vehbi Əmrə turnirinə yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, ənənəvi yarışın son günündə sərbəst güləş üzrə daha 5 çəkidə qaliblər müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Ceyhun Allahverdiyev (61 kq), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov, Ramiz Həsənov (hər ikisi 79 kq), Şamil Zubairov və Abdulcəlil Şabanov (hər ikisi 92 kq) xalça üzərinə çıxıblar.

Onlardan yalnız Ramiz Həsənov fəxri kürsüyə qalxıb. O, bürünc medal qazanıb.

Bununla sərbəst güləşçilərimiz turniri iki medalla başa vurublar. Ötən gün Musa Ağayev (65 kq) gümüş mükafata yiyələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir