MARAQLI

Eşitmə məhdudiyyətinin müalicəsi üçün yeni üsul kəşf edildi

Sharing is caring!


İsveçrənin Bazel Universitetinin alimləri eşitmə qabiliyyətini bərpa etmək üçün yeni müalicə üsulu kəşf ediblər. Onlar hesab edirlər ki, eşitmə hüceyrələrinin funksiyasını idarə edən siqnal yollarına müdaxilə eşitmə qabiliyyətini bərpa edə bilər.

Mütəxəssislərin bununla bağlı tədqiqatlarının nəticələri “SciTechDaily” jurnalında dərc olunub.

Alimlər bildiriblər ki, yüksək səslər və ya qocalma daxili qulaqdakı eşitmə sensor hüceyrələrin və onların sinapslarının (İki neyron arasında, yaxud neyron ilə siqnal qəbul edən hüceyrə arasında əlaqə nöqtəsi) tədricən degenerasiyasına, sonra da ölümünə səbəb olur.

Alimlər eşitmə hüceyrələrinin sağlam fəaliyyətini davam etdirmək üçün nələrə ehtiyac olduğunu öyrənməyə çalışıblar. Məlum olub ki, onların böyüməsi və hüceyrə çərçivəsinin formalaşması mTORC2 adlı siqnal yolu ilə tənzimlənir.

Tədqiqatçılar laboratoriya siçanlarından istifadə edərək təcrübə aparıblar. Gəmiricilərdə daxili qulağın tük hüceyrələrindən əsas mTORC2 geni çıxarılıb. 12 həftədən sonra heyvanlar eşitmə qabiliyyətini tamamilə itirib.

Beləliklə tədqiqatçılar mTORC2 siqnal yolunun normal funksiyasının bərpasının eşitmə məhdudiyyətinin bərpası üçün effektiv müalicə ola biləcəyi qənaətinə gəliblər.

Hazırda eşitmə məhdudiyyətinin yeganə müalicə variantı eşitmə cihazı və ya implantdır.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir