İdman

“Yuventus” iki qol vursa da, qələbə qazana bilmədi – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasının 28-ci turunun “Yuventus” – “Atalanta” oyunu əzmkar mübarizə şəraitində keçib. Görüş Turində “Alyans-Yuventus” stadionunda baş tutub. Oyunu Marko Quidanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Qonaqların heyətində Theon Copmeyners dubl edib. Turinlilərdən isə Andrea Kambiaso və Arkadiuş Milik fərqləniblər. Oyun 2:2 hesabı ilə başa çatıb. 

Beləliklə, “Yuventus” 58 xal toplayıb, çempionatın turnir cədvəlində üçüncü yeri tutur. 47 xalı olan “Atalanta” altıncıdır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir