İdman

Azərbaycan güləşçisi beynəlxalq turnidə gümüş medal qazanıb

Sharing is caring!


Azərbaycanın sərbəst güləşçisi Musa Ağayev (65 kq) Türkiyənin Antalya şəhərində keçirilən Yaşar Doğu & Vehbi Əmrə turnirini medalla başa vurub.

Oxu.Az xəbər verir ki, 18 yaşlı idmançı beynəlxalq turnirin gümüş mükafatına yiyələnib.

Digər sərbəst güləşçilərdən Zirəddin Bayramov, Murad Haqverdiyev (hər ikisi 65 kq), Cəbrayıl Qadjiyev, Murad Yevloyev (hər ikisi 74 kq) və Qadjimurad Maqomedsaidov (97 kq) uğursuz nəticə göstəriblər.

Yarışın son günündə – bu gün Ceyhun Allahverdiyev (61 kq), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov, Ramiz Həsənov (hər ikisi 79 kq), Şamil Zubairov və Abdulcəlil Şabanov (hər ikisi 92 kq) xalça üzərinə çıxacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir