İdman

Ronaldunun komandası Çempionlar Liqasında uduzdu – VİDEO

Sharing is caring!


Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə BƏƏ-nin “Əl-Ayn” komandasına uduzub – 1:0.

Meydan sahiblərinin qolunu 44-cü dəqiqədə Süfyan Rəhimi vurub. Matçın sonunda “Ən-Nəsr”in müdafiəçisi Aymerik Laport qırmızı vərəqə alıb.

Qonaqların kapitanı Kriştianu Ronaldu start heyətdə yer alıb və bütün oyunu meydanda keçirib.

Cütlük arasında cavab görüşü martın 11-də baş tutacaq. Bu cütün qalibi Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Hilal” – “Əl-İttihad” matçının qalibi ilə qarşılaşacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir