İdman

Türkiyə Kuboku: “Qalatasaray”dan erkən vida – VİDEO

Sharing is caring!


Türkiyə Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Sonuncu matçda “Qalatasaray” “Fatih Karagümrük”ü qəbul edib.

Markao 6-ci dəqiqədə qonaqları önə keçirib. 84-cü dəqiqədə Mendes fərqi artırıb. Qarşılaşma elə bu hesabla da bitib – 0:2.

Beləliklə də, öz meydanında məğlub olan “Qalatasaray” turnirdəki çıxışını başa vurub. “Fatih Karagümrük” isə yarımfinalda oynamaq hüququ qazanıb.

Xatırladaq ki, bundan öncə “Ankaragücü”, “Beşiktaş” və “Trabzonspor” da Türkiyə Kubokunun yarımfinalına vəsiqə qazanıb. “Fənərbağça” isə yarışla erkən vidalaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir