İdman

A Seriyası: “İnter” “Atalanta”nı darmadağın edərək liderliyini möhkəmləndirdi – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında 26-cı tura yekun vurulub.

Turun son qarşılaşmasında lider “İnter” iddialı “Atalanta”nı qəbul edib.

Milandakı “San Siro” (Cüzeppe Meazza) stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib – 4:0.

“İnter”in qollarına Darmian (23), Martinez (45+1). Dimarko (55) və Fratessi (71) imza atıblar.

Hazırda İnzaginin yetirmələri 69 xalla turnir cədvəlində şəksiz liderdir. Komandanın ən yaxın izləyicisi “Yuventus”la 12 xallıq fərqi var. “Atalanta” isə 46 xalla 5-cidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir