Dünya

Kolumbiyada qəzaya uğrayan helikopterin salonundan qorxu dolu anlar – VİDEO

Sharing is caring!


Kolumbiyanın Medelin şəhərində göyərtəsində turistlərin olduğu qəzaya uğrayan helikopterin salonundan video ortaya çıxıb.

Həmin görüntülər yerli mediada yayılıb.

Videoda 36 yaşlı amerikalı Fransisko Salasın təcili yardım xidmətinə zəng edərək helikopterin qəzaya uğradığını dediyi görünür. O, həm yoldaşlarını, həm də xilasetmə prosesini lentə alıb. Salas deyib ki, o, hətta ailəsinə zəng edərək vidalaşıb. Lakin altı sərnişinin hamısı sağ qalıb.

Qeyd olunur ki, pilotlar idarəetməni itirib və bu səbəbdən helikopter sürüşərək yırğalanmağa başlayıb. Nəticədə helikopter çoxmərtəbəli binanın divarına çırpılaraq orada ilişib qalıb. Xilasetmə əməliyyatında 70 nəfər iştirak edib.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir