Dünya

ABŞ-də 73 yaşlı manyakı edam edə bilmədilər – FOTO

Sharing is caring!


ABŞ-nin Aydaho ştatında 73 yaşlı manyakı 40 il əvvəl hökmün çıxarılmasına baxmayaraq, yenə edam etmək mümkün olmayıb.

Hökmə görə, Tomas Yucin Kriç öldürücü inyeksiya ilə öldürülməlidir. Hökmün icrası fevralın 28-i səhərə təyin edilib. Həkimlər Kriçin damarına düşmək üçün bir saat çalışıblar, lakin prosedur üçün ayrılmış vaxtda bunu edə bilməyiblər.

Zəhərli inyeksiyanı yeritmək mümkün olmadığından edam dayandırılıb və cinayətkar öz kamerasına qaytarılıb.

İndi dövlət rəhbərliyi bundan sonra nə edəcəyinə qərar verəcək.

Qeyd edək ki, Kriç qəribə reputasiyaya malik manyak adlanır, çünki onun cinayətlərinin sayını heç kim dəqiq deyə bilmir. Onun özü müxtəlif vaxtlarda qurbanlarının sayının 26-dan 42-yə qədər olduğunu bildirib, rəsmi olaraq isə beş qurbanın olduğu hesab edilir.

Mənbə: kivitv.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir