İdman

“Qəbələ”nin sabiq baş məşqçisi: “Komanda vəziyyətdən çıxmaq üçün hər oyunda iradə göstərməlidir”

Sharing is caring!


“Qəbələ” vəziyyətdən çıxmaq üçün hər oyunda iradə göstərməlidir”.

Bunu “Report”a açıqlamasında “Qəbələ”nin sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

Fevralın 24-də “qırmızı-qaralar”la yollarını ayıran 44 yaşlı mütəxəssis hazırda Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan bölgə təmsilçisinə bundan sonrakı dönəmdə uğurlar arzulayıb:

“Kəpəz”dən 8 xal geri qala bilərlər. Amma hər şey mümkündür. “Qəbələ”nin istədiyi yerlərdə qərarlaşmasını arzulayıram”.

Çalışdırıcı 2019-cu ildən rəhbərlik etdiyi komandanın cari mövsüm zəif nəticələr göstərməsinə də münasibət bildirib:

“Uğursuz çıxışa səbəb çoxdur. Komandadan çox sayda oyunçu getdi, kifayət qədər zədəli və cəzalılarımız oldu. Biz də Premyer Liqanın XXIV turunda “Kəpəz”lə (1:2) qarşılaşmadan sonra rəhbərliklə görüşdük və yolları ayırmağı qərara aldıq”.

Qeyd edək ki, “Qəbələ” iki gün əvvəl gürcüstanlı Kaxaber Sxadadzeni baş məşqçi postuna təyin edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir