Dünya

Ankarada İŞİD istintaqı: Çox sayda həbs edilən var

Sharing is caring!


Ankara Respublika Prokurorluğu İŞİD terror təşkilatına qarşı aparılan istintaqda şübhəli bilinən 20 nəfər haqqında həbs qərarı çıxarıb.

Bu barədə Respublika Baş Prokurorluğundan açıqlama verilib.

Məlumata görə, Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalarda barələrində həbs qərarı çıxarılanların İŞİD-in “Tevhid dergisi” adı altında Ankara strukturunda fəaliyyət göstərdikləri müəyyən edilib.

Həmçinin şübhəlilərin tutulması istiqamətində əməliyyatın davam etdiyi qeyd edilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir