İdman

“Braqa”nın hücumçusu: “Rəqib yaxşı komandadır. Amma…”

Sharing is caring!


“Yaxşı oyunla növbəti mərhələyə adlamaq istəyirik”.

“Report”un məlumatına görə, bunu Portuqaliyanın “Braqa” klubunun futbolçusu Simon Banza “Qarabağ”a qarşı Bakıda keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı mətbuat konfransında deyib.

27 yaşlı hücumçu ilk görüşdəki 2:4 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlarını bildirib: “İlk oyunda məğlub olmuşduq. Rəqib yaxşı komandadır. Amma hazırda çox istəkliyik. Mümkünsüz heç nə yoxdur. Brumanın dönməsi komanda üçün sevindirici haldır. O, fərqli oyunçudur. Həm qol vurmağı, həm assist etməyi bacarır. Ümid edirəm ki, Bruma sabah mənə bir assist edəcək”.

O, rəhbərliyin komandadan qələbə tələb etməsinə münasibət bildirib: “Bunu oyunçulara psixoloji təzyiq hesab edə bilərsiniz. Amma biz buna motivasiya kimi baxırıq”.

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir