Cəmiyyət

Allahşükür Paşazadə: “Azərbaycan öz ərazilərini işğaldan azad edir”

Sharing is caring!

Dindən istifadə edərək müharibəyə çağırış qəbuledilməzdir. Belə ki, bütün ermənilərin katalikosu Qareginin II Qarabağ müharibəsi zamanı bütün ermənilərə müraciət edərək onları müharibəyə səsləməsi, Ermənistanın işğalına dəstək verməsi də dini baxımdan yolverilməzdir.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadənin sözlərinə görə, Qaregin bütün dünya ermənilərinə müraciət edərək Azərbaycanın işğal edilmiş ərazilərində sona qədər döyüşməyə çağırış edib:

“Baxın onların əsl mahiyyətini göstərən məqam da elə budur. Onlar sülhə deyil, işğala çağırış edirlər. Bir əlində İncil, o biri əlində silah tutub Azərbaycana qarşı döyüşmək erməni ruhanilərinin dinə sadiqliyinə şübhə yaradır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini dini müharibə kimi təqdim etməyə çalışdılar, lakin bu istəkləri boşa çıxdı.

Bu yola əl atmaqda onlar xristian ölkələrindən dəstək almaq niyyətində idilər. Onlar məkirli niyyətlərini davam etdirmək istəyirdilər. Azərbaycan öz ərazilərini işğaldan azad edir. Bu bizim haqq işimizdir, heç bir xalq, heç bir dinə qarşı deyil. Əksinə, heç bir dinə qarşı olmadığımıza dair çoxsaylı sübutlarımız var. Elə, bu gün Bakıda dövlət tərəfindən qorunan erməni kilsəsi də buna əyani sübutdur. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə heç kim dəstək verməməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir