İdman

La Liqa: “Atletik”-“Jirona” matçında beş qol vuruldu – VİDEO

Sharing is caring!


İspaniya La Liqasında 25-ci turun oyunlarına yekun vurulub.

Turun son qarşılaşmasında turnir cədvəlinin üst pillələrində qərarlaşan iki klub – “Atletik” və “Jirona” üz-üzə gəlib.

Bilbaoda baş tutan matçda azarkeşlər beş qola şahidlik ediblər. Oyun ərzində qonaqlar ev sahiblərinin vurduğu üç qoldan yalnız ikisinin əvəzini çıxa biliblər. Yekunda görüş 3:2 “Atletik”in xeyrinə tamamlanıb.

Bu məğlubiyyətdən sonra “Jirona” 56 xalla turnir cədvəlində ikinci yerdə qalsa da, lider “Real Madrid”lə altı xallıq fərqi azaltmaq şansını əldən verib. “Atletik” isə 49 xalla beşincidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir