İdman

UEFA “Qarabağ”dan yazdı: “Möhtəşəm oyun nümayiş etdirdi”

Sharing is caring!


UEFA-nın rəsmi saytı “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Braqa” üzərindəki qələbəsi (4:2) barədə yazıb.

Məqalədə bildirilib ki, komanda yeddi uğursuz cəhddən sonra, nəhayət ki bu mövsüm Avropa Liqasının qrupunu ilk iki yerdə başa vurub:

“İlk pley-off matçı isə heç vaxt təsəvvür edə bilməyəcək qədər yaxşı keçib və komanda möhtəşəm oyun nümayiş etdirib”.

Materialda qeyd olunub ki, Bakıda keçiriləcək cavab oyunu öncəsi Ağdam təmsilçisinin görəcəyi çox iş var. Belə ki, “Qarabağ” tarixində ilk dəfə 1/8 final mərhələsinə yüksəlmək arzusundadır.

Həmçinin, yazıda klubun baş məşqçisi Qurban Qurbanovun “Braqa” ilə ilk görüşdən sonra söylədiyi fikirlərə də yer verilib:

“Biz arxayın olmamalıyıq, cavab oyununa çox ciddi yanaşmalıyıq. “Braqa” kimi komandalar nəticəni çox tez öz xeyrinə çevirə bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir