İdman

“Neftçi”dən “Aris”lə oyundan əvvəl nümunəvi addım

Sharing is caring!

“Neftçi” – “Aris” matçının əvvəl maraqlı görüntülərə səhnə alacaq. Klub rəhbərliyi nümunəvi addım atmaq qərarına gəlib.

Sports.az xəbər verir ki, axşamkı matçda hər iki komandanın üzvləri və 3 hakim meydana Qarabağ müharibəsində canından keçmiş şəhidlərin övladları ilə çıxacaq.

Başqa cür desək, avrokubok matçının startından əvvəl meydana “Neftçi”nin yay düşərgəsində olan 25 şəhid övladı ayaq basacaq.

“Neftçi”nin formasında olacaq azyaşlıların nömrələri simvolik olacaq – “44”. Onları biri-birindən fərqləndirən isə kürəklərindəki nömrələrin üstündə şəhid atalarının ad-soyadlarıdır.

Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Limassolda keçirilən oyunda “Neftçi” “Aris”ə 0:2 hesabı ilə məğlub olub. Komandalar arasında cavab görüşü bu axşam saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir