Siyasət

Hikmət Hacıyev: “Qafqazı münaqişələrdən azad etmək üçün səylər göstərməkdəyik”

Sharing is caring!

“Qafqazı münaqişələrdən azad etmək üçün səylər göstərməkdəyik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XI Qlobal Bakı Forumunda “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən panel iclasında deyib.

“Biz postsovet məkanında bir sıra münaqişələrin alovlanmasına şahidik etmişik. Cənubi Qafqazda toqquşmalar müşahidə etmişik. Biz Qarabağı azad etməklə Cənubi Qafqazda stabilliyi bərqərar etmiş oluruq. Biz həm də çalışırıq ki, bölgədə sülhün təşkilində xidmətimizi əsirgəməyək”, – əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir