İdman

Azərbaycanın veteran futbolçusunun son durumu açıqlanıb

Sharing is caring!


İnsult keçirdiyi üçün xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu bəlli olub.

AFFA-dan verilən məlumata görə, hazırda veteran hücumçunun vəziyyəti sabitdir.

Bir neçə gündür palataya köçürülən V.Vasilyevin həyati təhlükəsinin olmadığı bildirilib:

“İnsultdan sonra sol tərəfində hərəkətlilik yoxdur. Artıq reabilitasiyaya başlanıb. Normal həyata qayıtması üçün fizioterapiya kursu keçəcək”.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 33 oyuna iki qol vurmuş Vadim Vasilyev karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi”, “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib. Ukraynada legioner həyatı da yaşayan veteran futbolçu “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya” klublarında çıxış edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir