İdman

Azərbaycanlı alpinistlər Kilimancaro zirvəsini fəth ediblər

Sharing is caring!


Azərbaycanlı alpinistlər Kilimancaro zirvəsini fəth ediblər.

Oxu.Az-ın Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətinə istinadən məlumatına görə, yeddi nəfərdən ibarət heyət Afrika qitəsinin ən yüksək zirvəsinə qalxıb.

Qərib Tağızadənin rəhbərliyi altında təşkil edilən ekspedisiya fevralın 9-da başlayıb və 12-də başa çatıb.

Qərib Tağızadə, Elbəy Mustafabəyli, Fariz Rəhimov, Türkan Fərzəliyeva, Elşən Yusubov, Əşrəf Hüseynov və İlkin Qəhrəmanlıdan ibarət kollektiv 5895 metrlik Kilimancaro zirvəsini fəth edərək, orada Azərbaycan və AAF bayraqlarını dalğalandırıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir