İdman

Azərbaycan şahmatının ABŞ-də uğuru – FOTO

Sharing is caring!


ABŞ-nin Vircinya ştatında həmyerlimiz tanınmış beynəlxalq Qrossmeyster Rəşad Babayevin şahmat akademiyası “Gmchessprep” tərəfindən yeniyetmələr üçün böyük şahmat turniri keçirilib. 

Yarış 70-ə yaxın şahmatçının iştirakı ilə fevral ayının 11-i Mclean şəhərində baş tutub. 

Sevindirici haldır ki, bu bir azərbaycanlının Amerikada yüksək səviyyədə keçirdiyi ilk yarışdır. Yarış ABŞ federasiyasının reytinq sistemi ilə hesablamaya daxil edilib.

Qeyd edək ki, azərbaycanlı qrossmeysterin şahmat akademiyası ABŞ-də güclü şahmatçıların yetişdirməsində əhəmiyyətli rol oynayır. 

Onlardan biri olan 14 yaşlı Ryo Chen artıq beynəlxalq dərəcəli ustadır. “Gmchessprep” akademiyası ABŞ-də orta, yuxarı təhsil məktəblərində də şahmat dərsləri tədris edir. Bu, eyni zamanda Azərbaycanın da ABŞ-də təmsil olunması deməkdir.

Yarışın son nəticələri ilə bu linkdən tanış ola bilərsiniz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir