İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə 10 medal qazanıblar

Sharing is caring!


Bədii gimnastika üzrə “Ocaq Sport” klubunun üzvləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Queen Cup” beynəlxalq turnirində 10 medal qazanıblar.

“Report”un məlumatına görə, onlardan yeddisi qızıl, biri gümüş, ikisi bürünc mükafat olub.

Neslihan Əkbərli alətsiz, Alsu Abdullayeva həm alətsiz, həm gürzlər, Nilüfər Qasımova həm alətsiz, həm lent, Nuray Məmmədova isə topla hərəkətdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İnara Abıyeva gürzlərdə birinci, alətsiz hərəkətdə üçüncü yeri tutub. Aylin Yusifli isə gürzlərlə gümüş, topla hərəkətdə bürünc mükafata sahib çıxıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir