İdman

“Qarabağ”ın ev oyunlarını keçirdiyi stadion təmirə bağlandı – FOTO

Sharing is caring!


“Qarabağ”ın 3 aşağı yaş qrupunun ev oyunlarını keçirdiyi “Sərhədçi” İdman Olimpiya Mərkəzinin stadionu bu gündən etibarən təmirə bağlanıb.

Prosport.Az-ın xəbərinə görə, stadionun qazonu yenilənəcək. Onun yenilənməsi təxminən 3 ay çəkəcək.

Qeyd edək ki, bu stadionda “Qarabağ”ın U-14, U-15 və U-16 komandaları ev oyunlarını keçirir. Qazonun yenilənməsi müddətində sözügedən komandalar məşqlərini köhnə “Neftçi” bazada keçirəcək. Oyunların isə Binə qəsəbə stadionunda baş tutacağı gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir