Cəmiyyət

Azərbaycanda istismarına icazə verilmiş obyektlərə çıxarışın verilməsinə başlanılıb

Sharing is caring!


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ölkə Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli fərmanı ilə müəyyən edilmiş, 2023-cü il iyunun 1-nə qədər tikilmiş qeyri-yaşayış sahələrinin sahiblərinə mülkiyyət sənədlərinin təqdim edilməsinə başlayıb.

Bu barədə Dövlət Xidməti məlumat yayıb.

“Bu, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına əlavə imkanlar açır, biznesin böyük gözləntisinə cavab verməklə yanaşı, mülkiyyət hüquqlarının yaranması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, daşınmaz əmlak bazarının canlanması üçün əlavə stimul verir. Belə ki, sahibkarlar mülkiyyət hüququ təsdiq olunmuş əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə etmək imkanı qazanırlar.

Fərman həmçinin, qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin yüksəldilməsi baxımından olduqca əhəmiyyətlidir, tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış qeyri-yaşayış təyinatlı binaları da əhatə edir. Bu cür obyekt sahibləri 1 yanvar 2025-ci ilə qədər qeyri-yaşayış binasının layihəsi ilə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir