İdman

Argentina – Nigeriya millilərinin matçı Lionel Messiyə görə ləğv edilib

Sharing is caring!


Hançjou İdman Komitəsi Argentina və Nigeriya milliləri arasında yoldaşlıq görüşünün ləğv edildiyini açıqlayıb.

“Məlum səbəblərə görə səlahiyyətli orqanlar belə qənaətə gəliblər ki, Argentina yığmasının iştirakı ilə oyunun keçirilməsi üçün heç bir şərait yoxdur. Bu tədbirin ləğvi barədə qərar qəbul edilib”, – deyə rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, “məlum səbəblər” dedikdə təşkilatçılar Honkonqda “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə bağlı münaqişəli vəziyyəti nəzərdə tutublar. Orada argentinalı zədə səbəbindən matçda iştirak etməyib, lakin bir neçə gün sonra Yaponiyada oynayıb və bu, azarkeşlərin qəzəbinə səbəb olub.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir