Cəmiyyət

Bütün bədəni yanan 11 yaşlı Sabirin dəstəyə ehtiyacı var: Müalicə üçün pulları yoxdur – FOTO/VİDEO

Sharing is caring!


11 yaşlı Sabir Mustafayevin sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Leyla Mustafayeva məlumat verib.

O bildirib ki, oğlu Sabir dekabrın 26-da evdə sobanı yandırmaq istəyərkən yanıb.

“Sabirin 11 yaşı var. Evdə sobaya neft töküb yandırmaq istəyərkən özü yanıb. Bədənində üzü və bir qolu çıxmaqla, demək olar ki, hər yeri yanıb. Dekabrın 26-da Lənkəranda xəstəxanaların birinə yerləşdirsək də, vəziyyəti ağırlaşdığı üçün onu Bakıya gətirməyə məcbur olduq. Sabir bir neçə dəfə fərqli nahiyələrindən dəriköçürmə əməliyyatı keçirib. Hazırda Sabirin müalicəyə ehtiyacı var. Ağrıları çoxdur, dərmanlarını almağa imkanım yoxdur. İnanın yemək almaqda belə çətinlik çəkirəm”.

Leyla Mustafayeva qeyd edib ki, üç övladına özü tək baxır.

“Yoldaşım bir il əvvəl həbs edilmişdi. Həbs edilməzdən əvvəl evdə olan bütün əşyaları satmışdı. Bir neçə ay öncə də həbsdə vəfat etdi. Övladımı müalicə etdirə bilmək üçün satmağa da heç nəyim qalmayıb. Mən özüm evlərə təmizliyə gedirəm, amma həm qida, həm Sabirin müalicəsini çatdıra bilmirəm. Sabirin əməliyyatdan sonra reabilitasiya prosesi və dərmanları üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən mənim övladıma yenidən kömək etmələrini, onu yarıyolda buraxmamalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 316-71-93

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir