İdman

Türkiyə kuboku: “Qalatasaray” altı qol vurulan qarşılaşmada qalib gəldi – VİDEO

Sharing is caring!


Türkiyə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qalatasaray” 1-ci liqa təmsilçisi “Bandırmaspor”u qəbul edib.

“Rams Park”da keçirilən oyun meydan sahiblərinin üstünlüyü ilə başa çatıb – 4:2.

26-cı dəqiqədə “Qalatasaray”dan Davinson Sançes matçda hesabı açıb.

10 dəqiqə sonra Halil Dervişoğlu penaltidən fərqi 2-yə yüksəldib. Daha 4 dəqiqə sonra isə Tete penalti qazanaraq hesabı 3-0-a çatdırıb.

Qonaqlar buraxılan qollardan ikisinin əvəzini çıxsalar da, 90+6-cı dəqiqədə “cim-bom”un yeni transferi Karlos Vinisius komandadakı ilk qolunu vuraraq hesabı 4-2 edib və matç bu nəticə ilə də yekunlaşıb.

Beləliklə, “Qalatasaray”ın 1/4 finaldakı rəqibi fevralın 12-də keçiriləcək püşkatmadan sonra müəyyənləşəcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir