İdman

Bakıda lisenziya xarakterli beynəlxalq atletika yarışı keçiriləcək

Sharing is caring!


Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə Bakı beynəlxalq qış yarışı keçiriləcək.

Bu barədə Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, turnir fevralın 2-3-də Respublika Olimpiya Mərkəzində təşkil olunacaq.

Yarışda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa Respublikasından (Rusiya Federasiyası) atletlər güclərini sınayacaqlar.

Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir