İdman

Messi “Barselona”ya yeni baş məşqçi tövsiyə edib

Sharing is caring!


“İnter Mayami”nin hücumçusu Lionel Messi “Barselona” rəhbərliyinə komandanın baş məşqçisi postuna Lionel Skaloninin namizədliyinə diqqət yetirməyi şəxsən tövsiyə edib.

Messi və Skaloni Argentina millisində birlikdə çalışırlar. Skaloninin rəhbərliyi altında milli komanda finalda penaltilər seriyasında fransızları üstələyərək 2022-ci ildə dünya çempionatının qalibi olub. 2026-cı il dünya çempionatına seçim zamanı futbolçu ilə məşqçi arasında münaqişə yarandığı da bildirilib.

2024-cü ilin yanvarında “Barselona”nın baş məşqçisi Xavi 2023/24 mövsümünün sonunda klubdan ayrılacağını açıqlayıb. İspaniya çempionatında 21 turdan sonra 44 xal toplayan kataloniyalılar Madrid “Atletiko”su ilə üçüncü yeri bölüşürlər. İkinci pillədə qərarlaşan “Real Madrid” 10 xal çox toplayıb. İspaniya çempionatının turnir cədvəlinə isə “Jirona” başçılıq edir (55 xal).

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir