İdman

“Qalatasaray” “Trabzonspor”a qalib gələrək, “Fənərbağça” ilə xallarını bərabərləşdirdi – VİDEO

Sharing is caring!


Trendyol Super Liqasının 21-ci həftəsində “Trabzonspor” “Qalatasaray”ı qəbul edib. “Qalatasaray” səfərdə “Trabzonspor”a 5-1 hesabı ilə qalib gəlib.

Oxu.Az xəbər verir ki, həyəcan dolu qarşılaşma Papara Parkda baş tutub. Kritik mübarizədə Abdulkadir Bitigen fit çalıb. Abdulkadir Bitigenin köməkçiləri Erdem Bayık və Mustafa Savranlar olub.

“Sarı-qırmızılıların” qollarını 13 və 61-ci dəqiqələrdə Vilfrid Zaha, 64-cü dəqiqədə Kaan Ayhan, 81 və 90-cı dəqiqələrdə isə Kerem Aktürkoğlu vurub. “Trabzonspor” komandasından 79-cu dəqiqədə Enis Destan qola imza atıb.

Bu nəticədən sonra xallarını 54-ə yüksəldən “Qalatasaray” lider “Fənərbağça” ilə xallarını bərabərləşdirib. “Trabzonspor” 37 xalda qalıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir