İdman

Azərbaycan millisi Avropa Superfinalında ikinci oyununu keçirib

Sharing is caring!


Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında keçirdiyi ikinci oyunda məğlubiyyətlə üzləşib.

AFFA-nın saytının yaydığı məlumata görə, Zeynal Zeynalovun baş məşqçi olduğu kollektiv Rumıniya ilə bacarmayıb.

Qarşılaşma rəqibin 4:2 hesablı qələbəsi ilə bitib. Azərbaycan yığmasının qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurublar.

Qeyd edək ki, milli ötən gün Türkiyəni məğlub edib. Sentyabrın 21-də keçiriləcək növbəti oyunda rəqib İsveçrə yığması olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir