İdman

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Sharing is caring!


Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər.

Oxu.Az xəbər verir ki, bu gün yarışa qoşulan səkkiz milli üzvü fəxri kürsüdən kənarda qalıb.

Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Nazir Talıbov, Rövşən Əliyev (hər ikisi 60 kq), İslam Rəhimov, Rəşid Yelkiyev (hər ikisi 66 kq) mübarizəni ilk görüşdə uduzaraq dayandırıblar.

Azərbaycan martın 3-dək davam edəcək “Böyük Dəbilqə”də 12 cüdoçu ilə təmsil olunur. Reqlamentə əsasən, yarışın qalibi 1 000, ikincisi 700, üçüncü yeri tutanlar isə 500 reytinq xalı qazanacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir