Dünya

Belqorod hakimiyyət orqanları qərar verdi: Doqquz minə yaxın uşaq təxliyə edilir

Sharing is caring!

Rusiyanın Belqorod vilayətinin hakimiyyət orqanları doqquz minə yaxın uşağın digər bölgələrə təxliyə edilməsi ilə bağlı qərar verib.

Buna səbəb bölgənin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulmasıdır.

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov “Vahid Rusiya” baş şurasının rəyasət heyətinin iclasında məlumat verib.  

“Hazırda çox sayda kəndi təxliyə edirik. İndi Belqorod şəhərindən, Belqorod rayonundan, Şebekino dairəsindən, Qrayvoron rayonundan 9 minə yaxın uşağın köçürülməsini planlaşdırırıq. Martın 22-də 1,2 min uşaq Penza, Tambov və Kaluqaya gedəcək. Daha sonra Stavropol diyarı. Təxliyə sistemi qurulub”, – deyə o bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir