İdman

Ronaldu: “Qızıl top” və “The Best” mükafatları etibarını itirir”

Sharing is caring!


Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) “The Best” və “France Football” nəşrinin “Qızıl top” mükafatlarının öz nüfuzunu itirdiyini bildirib.

“Qızıl top” və “The Best” mükafatları nüfuzunu, etibarını itirir. Bu o demək deyil ki, Messi bu mükafatlara layiq deyildi. Amma mən artıq bu mükafatlara inanmıram. Sadəcə olaraq yalan olmayan faktlar və rəqəmlər var. Məsələn, məndən 2023-cü ildə dünyanın bombardiri mükafatını ala bilməzlər. Çünki obyektiv rəqəmlər var”, – portuqaliyalı bəyan edib.

Qeyd edək ki, “Qızıl top” və “The Best” mükafatının hazırkı qalibi “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messidir.

Yanvarın əvvəlində 38 yaşlı Ronaldu əfsanəvi Dieqo Maradonanın adını daşıyan mükafata layiq görülüb. 54 qol vuran hücumçu mükafatı 2023-cü təqvim ilinin ən yaxşı bombardiri kimi alıb.

Bu mövsüm Ronaldu klubu ilə birgə 25 matçda iştirak edib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.

Qeyd edək ki, portuqaliyalı beşqat “Qızıl top” sahibidir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir