İdman

FIDE Nicat Abasovu 2023-cü ilə damğa vuran şahmatçı elan edib – FOTO

Sharing is caring!


Beynəlxalq Şahmat Federasiyası (FIDE) ötən ilin ən yaddaqalan şahmatçılarını elan edib.

2023-cü ilə damğasını vuranlar arasında azərbaycanlı qrosmeyster Nicat Abasov da olub.

Bildirilib ki, Dünya çempionatında həmyerlimiz yarımfinaladək yüksəlib və yalnız burada Maqnus Karlsenə uduzub. O, üçüncü yer uğrunda görüşdə Fabiano Karuana da qalib gələ bilməyib.

Lakin Karlsenin İddiaçılar Turnirində iştirakdan imtinası Abasova öz möhtəşəm performansını bir daha göstərmək şansı yaradıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir