Dünya

Ərdoğan: “Son beş gündə Suriya və İraqda 114 hədəf vurulub, 78 terrorçu zərərsizləşdirilib”

Sharing is caring!


“Təkcə son beş gündə Suriya və İraqda terrorçu ünsürlərə qarşı həyata keçirdiyimiz hava əməliyyatları nəticəsində 114 hədəf vurulub, 78 terrorçu zərərsizləşdirilib. İlin əvvəlindən polis və jandarma bölmələrimizin keçirdiyi əməliyyatlarda terrorla əlaqəsi olan 465 nəfər saxlanılıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında deyib.

“620 mindən çox suriyalı terrordan azad edilən ərazilərə qaytarılıb. Sərhədlərimizdən kənarda hərbi mövcudluğumuz həm ölkəmizin, həm də vətəndaşlarımızın təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə separatçı terror təhlükəsini mənbəyində qurudacaq. Ölkəmizin belə bir fəlakətlə üzləşməsinə icazə verə bilmərik”, – o qeyd edib.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir