İdman

AFFA rəsmisi: “Forumdakı təcrübələrdən Azərbaycanda tətbiq oluna bilər”

Sharing is caring!


“Forumdakı təcrübələrdən Azərbaycanda tətbiq oluna bilər”.

Bunu “Report”a açıqlamasında AFFA-nın Qeydiyyat və Statistika Şöbəsinin rəhbəri Seymur Səlimli Türkiyənin Antalya şəhərində keçirilən üçüncü “Winter League Convention” Futbol biznes forumu haqqında danışarkən deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, fərqli ölkələrin nümayəndələrinin iştirak etdiyi forumda müxtəlif mövzular olub: “Mənə aid olan mövzu futbolda oyun manipulyasiyası, ona qarşı mübarizə idi. Bu virusun yaranma tarixindən, dövrümüzə necə gəlib çıxmasından, niyə bu qədər populyarlaşmasından, yayılmasından danışıldı. Bu virus idmanın bütün sahələrinə dəyib. Futbol ən populyar idman növü olduğundan, buradakı iştirakçıların, turnirlərin sayı daha çoxluq təşkil etdiyindən, manipulyasiyanın çox olması da normaldır”.

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi əlavə edib ki, AFFA-nın danışılmış oyunlara qarşı sərgilədiyi mövqeyi, mübarizəni, strategiya planını orada təqdim ediblər: “Futbol camiəsinin iştirakçıları ilə birgə keçirilən istənilən normal tədbir bir addım irəli getmək deməkdir. Təcrübə mübadiləsi aparılır, futbol sahəsində çalışan insanlarla münasibət qurulur. İstər assosiasiyalar, istərsə də klublar arasında gələcəyə hesablanmış iş birlikləri yaranır. Antalyadakı forum da çox maraqlı və zəngin informasiya xarakterli oldu”.

Qeyd edək ki, AFFA-nın əməkdaşları Antalyada keçirilən üçüncü “Winter League Convention” Futbol biznes forumunda təşkilatçıların dəvəti ilə iştirak ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir