İdman

“Latsio” “Roma”nı tək qolla keçərək İtaliya kubokunun yarımfinalına yüksəldi – VİDEO

Sharing is caring!


İtaliya kubokunun 1/4 final mərhələsində “Latsio” və “Roma” üz-üzə gəlib.

Görüş İtaliyanın paytaxtındakı “Olimpiko” stadionunda baş tutub.

Oyunda yeganə qolu 51-ci dəqiqədə “Latsio”nun yarımmüdafiəçisi Mattia Zakkani penalti zərbəsini dəqiq yerinə yetirərək vurub.

90+5 və 90+6-cı dəqiqələrdə meydan sahiblərinin futbolçusu Pedro kobud hərəkətinə görə iki sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. 90+10-cu dəqiqədə Serdar Azmun eyni səbəbdən birbaşa qırmızı vərəqə alıb.

Beləliklə də, “Latsio” “Roma”nı tək qolla keçərək İtaliya kubokunun yarımfinalına yüksəlib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir