İdman

“Fənərbağça” üç xalı yeddi qolla qazandı – VİDEO

Sharing is caring!


Türkiyə Super Liqasının 19-cu turunda lider “Fənərbağça” autsayder “Konyaspor”u qəbul edib.

Oyun gözlənildiyi kimi meydan sahiblərinin mütləq üstünlüyü şəraitində keçib.

Matçın qəhrəmanı het trikə imza atan Dzeko (11 pen, 32, 40) olub. Onunla yanaşı komanda yoldaşları M.Muldur (42), Şimanski (44), Batşuayi (63) fərqləniblər. Həmçinin, “Konyaspor”lu Yazqılı (83) avtoqolla, Gilyerme (90) isə komandasının yeganə cavab qolu ilə yadda qalıb – 7:1.

Beləliklə də, hazırda xallarını 50-yə çatdıran “Fənər” çempionatda liderliyini davam etdirir. Bir oyun az keçirən və 47 xala malik “Qalatasaray” isə onun ən yaxın izləyicisidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir