İdman

“Formula-1” tarixinin ən nüfuzlu pilotlarının adları açıqlandı

Sharing is caring!


Mixael Şumaxer və Fernando Alonso “Formula-1” tarixinin ən nüfuzlu pilotları seçiliblər.

“Report” xəbər verir ki, araşdırma “Formula – dünyasında ən nüfuzlu beş fiqur” adı altında aparılıb.

Sürücülərlə yanaşı, trekdən kənarda F1 tarixinə təsir etmiş personajlar da “beşliy”ə düşüblər. Şumaxer və Alonsodan başqa, “Formula-1”in sabiq rəhbəri Berni Ekklstoun, “Benetton” və “Renault”nun keçmiş rəhbəri Flavio Briatore və 1985-1993-cü illərdə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti olmuş Jan-Mari Balestrin də siyahıda var.

Fernando Alonso saf sürəti, parlaq şəxsiyyəti, 2007-ci ildə “McLaren”in heyətində Lyuis Hemiltonla rəqabəti, Mixael Şumaxer isə 7 titul qazanması, mübahisəli 1994-cü il mövsümü, “Ferrari”dəki üstünlüyü, detallara və fiziki hazırlığa diqqəti ilə digərlərindən fərqləndirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir