Cəmiyyət

Xaçmazda uçqun: Evlər üçün təhlükə yaranıb – VİDEO

Sharing is caring!


Xaçmaz rayonunda uçqun baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Köhnə Xaçmaz kəndində, Qudyalçayın kənarında yerləşən Fətəli xan Xoyski küçəsində qeydə alınıb.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, vəziyyət gündən-günə ağırlaşır. Təhlükənin qarşısı alınmasa, evlər uça bilər.

Hadisə baş verən əraziyə Xaçmaz Rayon İcra Hakimiyyəti və Suvarma Sistemləri İdarəsinin əməkdaşları baxış keçiriblər. Hazırda çayda məcra tənzimləmə işləri aparılır.

İdarənin baş mühəndisi Xaləddin Məlikovun sözlərinə görə, çayda suyun istiqaməti dəyişdirilir.

Baş mühəndis əlavə edib ki, təhlükənin tam sovuşması üçün ərazidə beton bəndlər inşa edilməlidir.

Bunun üçün artıq aidiyyəti üzrə müraciət olunub. Bu il ərzində qeyd olunan ərazidə beton bəndlərin inşası nəzərdə tutulub.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir