İdman

“Neftçi” hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır

Sharing is caring!


“Neftçi” FK heyətinə yeni oyunçu cəlb etmək istəyir. Belə ki, “Ağ-qaralar” Bolqarıstanın “Lokomotiv” klubunda çıxış edən Alfa Konte ilə maraqlanırlar. 

Azərbaycan klubu 23 yaşlı vinger üçün Plovdiv təmsilçisinə 150 min avro ödəməyə hazırdır. Lakin bolqarlar klubla ikiillik müqaviləsi olan Konteni daha baha qiymətə satmağı planlaşdırırlar. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, “Lokomotiv” Alfa Konteni bu ilin mart ayında israilin “Hapoel Rişon Lezion” klubundan transfer edib. Syerra-leoneli futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda üç qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: kotasport.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir