Tədbirlər

“Vətənin cəsur döyüşçüləri 2” adlı kitabın təqdimatı keçirilib – FOTOLAR

Sharing is caring!

Sabirabad Gənclər Evində “Vətənin cəsur döyüşçüləri 2” adlı 3 dildə olan kitabın ictimaiyyətə təqdimat mərasimi keçirilib.

Xəbəral.az xəbər verir ki, kitabın müəllifləri “Əsgərə Xatirə” layihəsinin rəhbəri, ictimai xadim və xeyriyyəçi Nuranə Şixəliyeva, Tarix elmləri üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü İradə Əlili, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin və Respublika Veteranlar Təşkilatı Sabirabad rayon filialının sədri Faiq Hüseynovdur.

Kitab vətən müharibəsində qəhrəmanlıq göstərmiş Sabirabad rayonunun igid oğullarının şücaətindən bəhs edir.

Tədbirdə şəhid anaları, Vətən müharibəsi qaziləri, rayon icra hakimiyyəti başçısının müavini, idarə, müəssisə və təşkilat nümayəndələri, ictimai xadimlər və fəal gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Nuranə Şixəliyeva kitabın ərsəyə gəlmisində əməyi olan hər kəsə təşəkkür edib. Bildirib ki, şəhidlərimiz ən ali qürur mənbəyimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən böyük vəzifəsidir.

Kitab oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Sonda təqdimatda çıxış edənlər kitabla bağlı öz fikirlərini bildiriblər.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir